Azərbaycanlı hakim İngiltərənin oyununu idarə edəcək

Azərbaycanlı hakim İngiltərənin oyununu idarə edəcək
ÖLKƏ FUTBOLU 16 Noyabr 2025 / 15:14 902
-  A +

FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

QOL.az xəbər verir ki, o,21 yaşadək futbolçular arasında  Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Daha çox


Son xəbərlər