Azərbaycan milli komandası bu gün qrupda dördüncü məğlubiyyəti ilə üzləşdi.
Hər şey isti-istidir və danışmağa, yazmağa da söz çoxdu… Amma hansından başlayasan? Kimi günahkar çıxarasan? Bu biabırçılığa görə məsuliyyəti kimin üzərinə atasan?
Utanıb-qızarmadan milli komandamızı, bəli, bu gün Qazaxıstana uduzan həmin bu milli komandanı dünya çempionu etmək istəyən Berti Foqtsumu, yoxsa onun futbolumuzu, azarkeşimizi ələ salmasını qəbul edən AFFA-nın rəhbərliyinimi?
Bəlkə elə futbolçuları ittiham edək?
Azərbaycan millisinin müdafiə və yarımmüdafiə xəttinin nə işlə məşğul olduğunu kim izah edə bilər?
Mən bu yazıda baş məşqçinin taktikasını, nəinki bugünku matça, artıq heç futbola da dəxli olmayan bəzi oyunçuları hansı ağılla (əgər futbol ağılı varsa) meydana daxil etməsini, türkiyəli qardaşlarımız demiş, çox tartışmaq istəmirəm.
Hətta futboldan anlayışı olmayan adam da bilir ki, Vüqar Nadirov oyunun 61-ci yox, 1-ci dəqiqəsindən meydanda olmalıydı.
«Neftçi»də lazımsız oyunçuya çevrilən Cavid Hüseynov hansı özəlliyinə görə start heyətinə salınmışdı?
"Qarabağ"dan gedəndən sonra futbol adına oyun nümayiş etdirməyən Vaqif Cavadovun meydanda nə işi vardı?
Cavabını gözləyən suallar təkcə bundan ibarət deyil…
Əziz azarkeş, bu yazını oxuyarkən sənin hansı hisslər keçirdiyini gözəl anlayıram.
Bəli, düz fikirləşirsən, biz uduzmamalıydıq!
Bizim uduzmağa, ən azı, Qazaxıstan yığmasına uduzmağa haqqımız yox idi!
Bəli, Berti Foqtsun dediyi kimi, bu faciə-filan deyil.
Futbolda Türkiyə üzərindəki qələbəmiz olduğu kimi, Qazaxıstan kimi bir komandaya məğlubiyyətlə də üzləşə bilərik.
Amma bugünkü məğlubiyyət ləkədir…
Foqtsun adına, Azərbaycan futbolunun və futbolçusunun adına ləkədir…
Bu, «milli komandamız inkişafdadır» deyən AFFA rəhbərliyinin ölkənin əsas komandasıyla bağlı yürütdüyü bərbad siyasətin əyani göstəricisidir.
… Çox danışmaq olar. Amma qabaqdan yubiley gəlir, Azərbaycan futbolunun 100 illik yubileyi. Qoy, bir az da bu yubileyi təşkil edən, daha doğrusu, bu milliyə və bu məğlubiyyətə görə cavabdeh olan adamlar danışsın.
Üzləri varsa, xəcalət çəkmirlərsə, danışsın.
Bəli, iyunun 6-da AFFA Azərbaycan futbolunun 100 illik yubileyini qeyd edəcək. Çox yox, cəmi üç gündən sonra.
Astana məğlubiyyəti yüz illik yubileyimiz üçün necə «hədiyyə»dir, AFFA-nın dəyərli rəhbərliyi?
Belə hədiyyə və təbrikləri qəbul edirsinizmi, bəylər?
ELNUR
Anri mükafatlandırıldı
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır