Məsut Özil: "Azərbaycanla vacib oyunumuz var"

Məsut Özil: "Azərbaycanla vacib oyunumuz var"
ÖLKƏ FUTBOLU 3 İyun 2011 / 01:11 2481
-  A +

"Biz indiyədək bütün oyunları udmuşuq. Qarşıda isə 2 vacib görüşümüz var". Qol.Az-ın məlumatına görə, bunu Almaniya yığmasının yarımmüdafiəçisi Məsut Özil deyib.

Türk əsilli futbolçu həm iyunun 3-də Avstriyanı, həm də iyunun 7-də Azərbaycanı səfərdə yenmək istədiklərini vurğulayıb: "Bu, Avstriya üçün son şansdır. Onlar uduzmamaq üçün əllərindən gələni edəcəklər. Bu, mürəkkəb oyun olacaq. Əminəm ki, biz hər iki matçda qalib gələcəyik".

Qeyd edək ki, AÇ-2012-nin seçmə mərhələsində Almaniya 5 oyundan 15 xalla A qrupuna başçılıq edir. Avstriya 7 xalla 4-cü, Azərbaycan isə 3 xalla 5-ci pillədədir.

Son xəbərlər