Sabah səfərdə Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisinin heyətində “Qarabağ”ın istedadlı yarımmüdafiəçisi Əfran İsmayılov da yer alıb. Baş məşqçi Berti Foqtsun sabahkı matçda Əfrana start heyətdə yer verəcəyi ehtimalı böyükdür. Düzdür, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Ancaq “Astana Arena”nın süni örtüklü meydança olduğunu və Əfran İsmayılovun da mövsümün əvvəlində ağır zədə aldığını nəzərə alsaq, futbolçunun həmin arenada oynamağı məqsədəuyğun deyil.
Təsadüfi deyil ki, «Qarabağ»ın baş məşqçi Qurban Qurbanov «Şəfa» və Şüvəlandakı süni örtüklü meydançalarda Əfranın oynamasına icazə verməyib.
Süni meydançanın Əfran üçün təhlükəli olduğunu «Qarabağ»ın həkimi Sədrəddin Məmmədov da təsdiq edir. Qol.Az-ın müxbiri ilə söhbətində S.Məmmədov İsmayılovun süni meydançada oynamasının əleyhinə olduğunu bildirdi: “Bildiyiniz kimi, mövsümün əvvəlində Əfran İsmayılov dizindən ciddi zədə almışdı. Futbolçunun ön çarpaz bağları sınmışdı. Bu cür ağır zədədən çıxmış futbolçunun süni meydançada oynaması düzgün deyil. Çünki süni örtükdə elastiklik az olduğundan oyunçuların ayağında müxtəlif ağrılar əmələ gəlir. Təsadüfi deyil ki, Qurban müəllim Premyer Liqa oyunlarında da Əfranı süni örtüklü stadionlarda meydançaya buraxmırdı. Ancaq indi vəziyyət bir qədər fərqlidir. Millinin baş məşqçisi Berti Foqtsdur. Onun işinə qarışa bilmərik. Bundan başqa, Əfran ölkəmizin adı üçün meydana çıxacaq. Bir oyunla heç nə olmaz. Ancaq yenə də oyundan sonra dizində ağrılar yaranacaq”.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir