Milli komandamızın kapitanı Rəşad Sadıqov bu gün Astanada jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, sabah keçiriləcək Qazaxıstanla oyun barədə danışan Sadıqov qeyd edib ki, bu qarşılaşmada heç kimə, xüsusilə Almaniya millisinin baş məşqçisinə nəyisə sübut etmək niyyətləri yoxdur: «Bizə öz baş məşqçimizin və azarkeşlərimizin fikirləri maraqlıdır».
R.Sadıqov bu oyunun onun futbolçu karyerasında ən vacib matçlardan biri ola biləcəyini deyib: «Çünki bu görüşə görə Azərbaycan futbolunun hazırkı durumu haqda müzakirə aparılacaq və bu, çox uzun müddət davam edəcək. Əgər nəticə pis olsa, onun törətdiyi məyusluqdan çıxmaq asan olmayacaq».
Rəşad Sadıqov bildirib ki, Almaniya ilə iyunun 7-də Bakıda keçiriləcək qarşılaşma millimiz üçün xüsusi önəm daşımır: «Biz indi Almaniya oyunu haqda düşünmürük. Bütün fikirlərimiz qazaxlarla oyuna yönəlib. Biz süni meydançada məşq edərək rəqibi öyrənmişik. Almaniya haqda isə sabahkı oyundan sonra danışmaq olar».
Rəşad Sadıqov sabahkı matçda favorit görmədiyini söyləyib: «Hazırkı Qazaxıstan bizim Karlos Alberto Torresin rəhbərliyi altında oynadığımız komanda kimi deyil. Onlar fiziki tərəfdən çox yaxşı hazırlaşıblar. Demək olar ki, daha təcrübəlidirlər. Biz isə gəncik. Ona görə də əzmlə oynayacağıq».
Rəşad Sadıqov qələbə qazanacaqları halda hansı mükafatın təyin edilməsinə də münasibət bildirib: «Biz matçlardan əvvəl mükafatı müzakirə etmirik. Adətən, bu haqda oyundan sonra soyunub-geyinmə otağında danışırıq (gülür). Ümumilikdə isə, mükafat haqda fikirləşmirik. Bizi maraqlandıran ancaq qələbədir».
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir