«Açığı bu, mənim üçün gözlənilməz oldu. Mən «Qarabağ»a gələndə klubla 2 illik müqavilə imzalamışdım. Ancaq bu gün mənə zəng edərək komandaya lazım olmadığımı bildirdilər. Mənsə, nə deyəcəyimi bilmədim və bunu təəssüflə qarşıladım».
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ»ın bu gün transferə çıxardığı yarımmüdafiəçisi Samir Abasov deyib. O, komandadan uzaqlaşdırılmağına görə, heç bir səbəb göstərilmədiyini söyləyib: «Əgər hansısa səbəb göstərilsəydi, bu, mənə o qədər də təsir etməzdi. Ola bilsin ki, rəhbərlik növbəti mövsüm gənclərə şans verəcəklərini ön plana çıxarsın. Lakin bu, yenə də mənim komandadan getməyimə əsas vermirdi. Mən bu komadaya böyük ümidlərlə gəlmişdim. Hətta karyeramı “Qarabağ”da bitirməyi də düşünürdüm. Lakin alınmadı».
S.Abasov bundan sonra karyerasını hansı klubda davam etdirəcəyini bilmədiyini söyləyib. «Hələ ki, heç bir klubdan təklif almamışam. Lakin ola bilsin ki, yaxın günlərdə bəzi klublardan təklif gəlsin. Əgər sərfəli təklif almasam, karyeramı bitirəcəyəm».
Son vaxtlar milli komandaya çağırılmayan S.Abasov bunu «Qarabağ»da az oynaması ilə əlaqələndirib: «Belçika ilə oyuna çağırılmışdım. Lakin zədəli olmağım məni millinin təlim-məşq toplanışından kənar qoydu. Bu mövsüm “Qarabağ”ın heyətində çox az oyun keçirmişdim. Berti Foqts da bu amili diqqətdən qaçırmayıb. Ona görə də məşqçinin qərarını normal qarşılayıram. Həm də artıq yaş öz sözünü deyir. Artıq yığmada gənclərə üstünlük vermək lazımdır».
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir