“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov altı futbolçu ilə yollarını ayırmaqlarının səbəbini açıqlayıb.
Qeyd edək ki, bu gün Ağdam klubu müqaviləsi başa çatan Sahil Kərimov, Rəşad Kərimov, Avtandil Hacıyev, Ayxan Abbasov və Devran Ayhanla müqavilələri yenilənməyib. Eyni zamanda "Qarabağ"la 1 illik müqaviləsi olan Samir Abasov transferə çıxarılıb.
Qurban Qurbanov Qol.Az-ın müxbiri ilə söhbətində deyib ki, futbolçuların göndərilməsinə səbəb heyətdə gəncləşdirmə siyasətinin aparılmasıdır: “Bundan sonra heyətimizdə daha çox gənc futbolçulara yer verməyi düşünürük. Bu futbolçular yeni sistemimizə uyğun gəlmədiyi üçün onlarla yollarımızı ayırmağı qərara aldıq. Hər biri ilə söhbət edib, qarşılıqlı razılaşdıq. Əslində bu qərarımız onların da xeyirinə oldu. Çünki bu futbolçuların ehtiyatda oturmalarını biz də istəmirdik”.
“Qarabağ”ın çalışdırıcısı göndərilən futbolçuların yerinə yenilərinin alınacağını da bildirib: “Əlbəttə, gedənlərin yerinə yeniləri alınmalıdır. Hazırda maraqlandığımız futbolçular var. Klubları ilə danışıqlar gedir. Bununla yanaşı, komandanın aşağı yaş qruplarından da əsas heyətə bir neçə futbolçu cəlb edəcəyik. Artıq Ankaraya aparacağımız heyətdə yer alacaq iki yetirməmizin adı məlumdur. Elgiz Kərimli və Kamil Xanıyev Türkiyədəki təlim-məşq toplanışında komandanın düşərgsində olacaq”.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir