Mundiala vəsiqə qazanmasalar, istefa verəcək

Mundiala vəsiqə qazanmasalar, istefa verəcək
DÇ-2026 14 Oktyabr 2025 / 13:38 2291
-  A +

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku komandanın DÇ-2026-ya vəsiqə qazana bilməyəcəyi təqdirdə istefa verəcək.

QOL.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis bunu özü açıqlayıb:

“Artıq söz vermişəm: Biz dünya çempionatına birbaşa vəsiqə qazanmasaq, pley-offa qədər başqasına yol açacam. Hələlik mənim vəzifəm pley-offda oynamağa qadir komanda yaratmaqdır”.

Qeyd edək ki, Rumıniya millisi oktyabrın 12-də evdə Avstriya yığmasını 1:0 hesabı ilə məğlub edib. Komanda 6 oyundan sonra 10 xalla öz qrupunda üçüncüdür.


Son xəbərlər