«Qəbələ» klubunun Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovla apardığı danışıqlar hələlik nəticə verməyib. Qol.Az-ın məlumatına görə, mövsümün sonunda «Bakı» klubundan ayrılan Cavadov maliyyə məsələlərində «Qəbələ» ilə razılığa gələ bilmir. Bu səbəbdən Toni Adamsın komandası bu futbolçudan imtina edə bilər.
Qol.Az-ın müxbiri ilə söhbətində «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib ki, Cavadov «Qəbələ»yə keçmək üçün müqaviləylə məxsus olduğu Hollandiyanın «Tvente» klubu ilə transfer məsələlərini yoluna qoymalıdır. «Biz yay fasiləsində ən azı bir azərbaycanlı futbolçuyla müqavilə bağlamaq istəyirik. Həmin futbolçu Vaqif Cavadov olmaya da bilər. Vaqif «Tvente»ylə danışıqlar aparmaq üçün iyunun sonları Hollandiyaya getməlidir. Baş məşqçimiz Toni Adams isə iyunun ortalarında bir azərbaycanlı futbolçuyla tam razılığa gəlinməsini istəyir. Əgər bu variantlar alınmasa, o zaman, heyətimizdəki hazırkı yerli futbolçular da bizi qane edir».
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir