Ukrayna Premyer Liqasının 8-ci turunda lider “Şaxtyor” qəbul etdiyi “LNZ Çerkassı” komandasına 1:4 hesabı ilə uduzub.
QOL.az xəbər verir ki, Donets təmsilçisinin türkiyəli baş məşqçisi Arda Turan oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə Ukrayna xalqının müharibə dövründə yaşadığı bütün acını bölüşdüyünü söyləyib:
“Həmçinin bütün futbolçulara, eləcə də futboldan başqa idman növlərində çıxış edən hər bir idmançıya təşəkkür edir, onlara hörmətimi bildirirəm. Ukraynada bütün çətinliklərə baxmayaraq, peşəkar idmanın ən yüksək səviyyədə davam etməsi inanılmaz nailiyyətdir. Düşünürəm ki, siz bütün dünya üçün nümunəsiniz. Belə çətin zamanlarda belə işini davam etdirmək və mübarizə aparmaq gücünü tapan insanların yanında olmaq mənim üçün böyük qürurdur”.
Oyuna gəlincə, Arda Turan deyib: “Rəqibimiz LNZ-ni təbrik etmək istəyirəm. Bu gün onlar həqiqətən daha yaxşı oynadılar və bu nəticəni tam şəkildə haqq etdilər. Dürüst desəm, baş məşqçi kimi fəaliyyətə başladığımdan bəri bu, yaşadığım ən pis gündür. Bu gün hiss etdiklərim çox sarsıdıcıdır və yəqin ki, məşqçilik karyeramda ilk dəfə belə hisslər keçirirəm. Bütün məsuliyyəti öz üzərimə götürürəm: komanda ev oyununda dörd qol buraxıbsa, bu tamamilə mənim məsuliyyətimdir”.
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"