Xəbər verdiyimiz kimi, Ermənistanın iki klubu Avropa Liqasının birinci təsnifat mərhələsində «Qarabağ»ın potensial rəqibləri sırasında yer alıb. Qol.Az-ın məlumatına görə, erməni klublarının Azərbaycan təmsilçisinə rəqib ola biləcəyi indidən müəyyən narahatlıq yaradıb.
Əgər «Qarabağ»ın rəqibi erməni klubu olarsa, oyunlar keçiriləcəkmi? Keçiriləcəksə, harada baş tutacaq?
Məlumdur ki, 2008-ci ildə Azərbaycan və Ermənistan bir seçmə qrupda yer alsa da, UEFA bu komandaların öz aralarında keçirəcəkləri oyunu ləğv etmişdi və bundan sonrakı mərhələlərdə onların eyni qrupda yer almaması barədə qərar vermişdi. Qeyd edək ki, həmin vaxt eyni qərar bir-birilə münaqişəli vəziyyətdə olan Rusiya və Gürcüstan haqda da çıxarılmışdı.
Bəs, əgər münaqişəli vəziyyətdə olan ölkələrin təkcə milli komandaları deyil, klubları da bir-birinə rəqib olsa, o zaman UEFA hansı qərarı verəcək?
«Qarabağ» klubunun meneceri Asif Əsgərov Qol.Az-ın müxbiri ilə söhbətində bildirib ki, təmsil etdiyi komanda püşkatma zamanı heç bir halda Ermənistan təmsilçisi ilə qarşılaşmayacaq. Onun sözlərinə görə, UEFA püşmatmadan öncə səpələnmişlər və səpələnməmişlər sırasında olan komandaları beş komanda olmaqla ayrı-ayrı səbətlərə bölür. «Bu zaman UEFA ölkələrin bir-biriləri münaqişəli vəziyyətdə olduğunu nəzərə alacaq. Ona görə də «Qarabağ» bu il heç bir halda erməni klublarından biri ilə qarşılaşmayacaq» - deyə o bildirib.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir