Xəbər verdiyimiz kimi, AFFA prezidenti Rövnəq Abdullayev mayın 23-də Sumqayıt şəhərinə səfəri zamanı Mehdi Hüseynzadə adına mərkəzi stadiona baş çəkərək arenanın təmirə bağlanması haqda göstəriş vermişdi. Qol.Az-ın məlumatına görə, mərkəzi stadionu təmirə bağlayacaq "Azərkimya" İstehsalat Birliyinin görüləcək işlərlə bağlı layihəsi də bu həftə içərisində ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Stadion rəhbərindən əldə etdiyimiz məlumata görə, mərkəzi arenanın tamaşaçı tutumunun 30 minə çatdırılması, işıqlandırma sisteminin yenilənməsi ilə yanaşı, ilkin mərhələdə ot örtüyünün də dəyişdirilməsi də nəzərdə tutulur. Lakin plana əsasən stadionun hazırki ot örtüyü süni örtüklə əvəzlənəcək. Buna uyğun olaraq arenada su borularının dəyişdirilməsi və avtomatik suvarma sisteminə keçirilməsi də görüləcək işlər siyahısına daxil edilib.
Eyni zamanda Sumqayıtda yerləşən digər arena "İnşaatçı" stadionuna da müəyyən qədər sərmaye qoyulması planlaşdırılır. Bununla da, şəhərin eyniadlı komandası mərkəzi arenanın təmirə bağlandığı müddətdə öz ev oyunlarını məhz bu stadionda
keçirəcək.
Qeyd edək ki, bütün bu işləri "Azərkimya" İstehsalat Birliyinin təmir tikinti idarəsi həyata keçirəcək. Sonrakı mərhələdə yardımçı meydançalar və otel tikintisi də nəzərdə tutulur ki, bununla da AFFA rəhbərliyi Sumqayıtın mərkəzi arenasını gələcəkdə milli komandanın bazasına çevirməyi planlaşdırır.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi