AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də yığmamızla qarşılaşacaq Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycanla oyunöncəsi maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına müsahibə verən Löv millimizlə oyunda daha çox gənclərə şans verəcəyini bildirib:
"Qarşıda bizi 2 vacib oyun gözləyir. Bu oyunlara çox ciddi hazırlaşırıq. Lakin 2 əsas oyunçumuz Bastian Şvanştayger və Per Mertezakerin olmaması bizim üçün böyük itkidir. Bununla belə, komandada onaları layiqincə əvəz edə biləcək oyunçular var. Mən qarşıdakı 2 oyunda gənc futbolçulara şans verəcəm. Çünki onlar artıq indidən beynəlxalq oyunlarda çıxış etməklə öz təcrübələrini artırmalıdırlar. Çünki onlar Avropa çempionatında bizə çox lazım olacaqlar.
Üstəlik bu gənc oyunçular da Almaniya yığmasını vaxtından əvvəl AÇ-nın final mərhələsinə daşıya bilərlər. Yəni həm Avstriya, həm də Azərbaycanla oyunda qələbə qazanmaqla bu işin öhdəsindən gələ bilərik. Almaniya millisi buna qadirdir və inanıram ki, gənc futbolçular mənim etimadımı doğruldacaqlar".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya oyunu iyunun 7-də saat 22:00-da başlayacaq.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi