Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək Bakının «Neftçi» komandasının bütün potensial rəqibləri bəlli olub.
Qol.Az-ın məlumatına görə, ən güclü rəqiblər sırasında Belarusun BATE komandası var. Ən zəiflər arasında isə İrlandiyanın «Şemrok Rovers» klubu yer alıb.
Potensial rəqiblər arasında bizə tanış rəqiblər də az deyil. Onların arasında «Qarabağ»ın qarşılaşdığı Norveç «Rusenborq»unu, «Xəzər Lənkəran»ın görüşdüyü Zaqreb «Dinamo»sunu, «İnter»in uduzduğu Serbiya «Partizan»ını göstərmək olar. «Qarabağ»ın ötən il Avroliqadan kənarda qoyduğu daha bir rəqib - Polşa «Visla» da rəqiblərimiz sırasındadır. «Bakı»nın Çempionlar Liqasında məğlub etdiyi Litvanın «Ekranas» klubu da «Neftçi»yə rəqib ola bilər.
«Neftçi»nin bütün potensial rəqibləri bunlardır: BATE (Belarus), «Makkabi» (İsrail), «Dinamo» (Zaqreb, Xorvatiya), «Rusenborq» (Norveç), «Partizan» (Serbiya), APOEL (Kipr), «Visla» (Polşa), «Şturm» (Avstriya), «Liteks» (Bolqarıstan), «Slovan» (Slovakiya), «Viktoriya» (Çexiya), «Maribor» (Sloveniya), HİK (Finləndiya), «Zestafoni» (Gürcüstan), «Malmö» (İsveç), «Şumrok Rovers» (İrlandiya).
Çempionlar Liqasını püşkatması iyunun 20-də keçiriləcək. İkinci təsnifat mərhələsinin oyunları isə 12/13 və 19/20 iyulda baş tutacaq.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi