«Qəbələ» klubu növbəti çempionata hazırlıq məqsədilə iyunun 5-də bir araya gələcək.
Bu haqda Qol.Az-a klubun meneceri Zaur Əziziv məlumat verib. O, hazırlıq prosesinin birinci mərhələsini Qəbələdə keçirəcəklərini söyləyib.
Onun sözlərinə görə, Toni Adamsın rəhbərliyi altında «Qəbələ» iyunun 18-də toplanışın növbəti mərhələsi üçün İngiltərəyə yollanacaq. Ölkə xaricində olduğu müddətdə “Qəbələ” bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.
Bununla yanaşı, bölgə təmsilçisi transfer fəaliyyətinə də start verib. Zaur Əzizovun bildirdiyinə görə, rəhbərlik hazırda bir əcnəbi oyunçu ilə yaxından maraqlanır. Ampulaca dayaq yarımmüdəiçisi olan futbolçunun keçidi üçün danışıqlar yekunlaşmaq üzrədir: “Hazırda bir dayaq yarımmüdafiəçisi ilə danışıqlar başa çatmaq ərəfəsindədir. Bir-iki gün içində klub tərəfindən rəsmi açıqlama veriləcək. Ancaq hələlik futbolçunun kimliyi barədə heç nə deyə bilmərəm”.
Yerli futbolçularla maraqlanmadıqlarını söyləyən klub rəsmisi gələn mövsüm üçün Toni Adamsın planında daha üç əcnəbi futbolçunun olduğunu da bildirib: “Bundan başqa, daha üç legioner almaq istəyirik. Ancaq yerli futbolçularla hələlik maraqlanmırıq. Çünki Adams bununla bağlı rəhbərliyə hələlik heç bir məlumat verməyib”.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi