"Xəzər Lənkəran" 8 futbolçusu ilə yollarını ayırdı

"Xəzər Lənkəran" 8 futbolçusu ilə yollarını ayırdı
ÖLKƏ FUTBOLU 26 May 2011 / 21:30 3380
-  A +

2010-2011-ci il mövsümündə Azərbaycan Kuboku və Premyer Liqanın gümüş medalını qazanan “Xəzər Lənkəran” 8 futbolçusu ilə yollarını ayırmağı qərara alıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, rumıniyalı oyunçular – Nikulae Muşat, Kosmin Frasinesku, Hristu Kyaku və portuqaliyalı Simao Bruno ilə müqavilələrin müddəti bitib. 

Klub rəhbərliyi bu futbolçularla müqavilələri artırmayıb. Daha dörd oyunçu – Yevegeni Kopıl, İbrahima Banqura, Elvin Beqiri və Stelian Stanku transferə çıxarılıb.
 
“Xəzər Lənkəran” futbol klubu komandanı tərk edən hər bir oyunçuya göstərdikləri oyuna görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır.

Daha çox


Son xəbərlər