Futbolçu karyerasını başa vuran «Qarabağ»ın oyunçusu Aslan Kərimov 38 yaşında «Gəncə» klubunda oynamaq təklifi alıb. Qol.Az-ın məlumatına görə, «Gəncə»nin baş məşqçisi Mehman Allahverdiyev növbəti mövsümdə təcrübəli Aslan Kərimovun xidmətində maraqlıdır.
Müxbirimizlə söhbətində «Gəncə»dən ona təklif gildiyini təsdiqləyib. O bildirib ki, dostlarından biri ona «Gəncə»nin dəvətini çatdırıb: «Ancaq bu təklif rəsmi deyildi. Mən isə razılaşmadım. Çünki indi yaşım və gücüm böyük futbol oynamağa imkan vermir».
A.Kərimov bu transferə görə ona 80 min manat təklif olunması barədə xəbərlərə də münasibət bildirib. «Təklifdən imtina etdiyim üçün məsələnin maliyyə tərəfi ilə elə ciddi maraqlanmamışam. Düşünürəm ki, artıq futbolçu kimi oynamaq vaxtım sona yetib.Təbii ki, bu təklifi dəyərləndirəcəyim təqdirdə müəyyən qədər məvacib alacaqdım.
Amma pulu alırsansa, meydanda öz oyununla bunun qarşılığını verməlisən. Mən isə özümə hörmət edən insanam. Oynaya bilməyəndən sonra, özümü biabır etmək istəmirəm, bu mənə yaraşmaz» - deyə A.Kərimov vurğulayıb.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi