Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini həyata keçirir.
Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış nəzarət tədbirləri nəticəsində Peşəkar Futbol Liqası tərəfindən 24 may 2011-ci il tarixində saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən NBC Bank Azərbaycan kubokunun final oyununda lotereyanın keçirilməsinin planlaşdırıldığı aşkar edilib. Belə bir lotereyanın keçirilməsinin Azərbaycan Respublikasının lotereyalar haqqında qanunvericiliyinə zidd olduğunu nəzərə alaraq, QKDK tərəfindən Peşəkar Futbol Liqasından həmin lotereyanın dayandırılması tələb olunub.
QKDK Peşəkar Futbol Liqası tərəfindən keçirilməsi nəzərdə tutulan bu lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi