Bakının "Əzizbəyov" metrostansiyasının yaxınlığında iyunun 6-da 65 minlik stadionun tikintisinin təməlqoyma mərasimi olacaq. Bunu Trend-ə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, stadionun təməlqoyma mərasimi Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutacaq. Mərasimdə UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Jozef Blatter də iştirak edəcəklər.
"İyunun 6-da həmçinin Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzinin açılışı olacaq", - baş katib bildirib. Onun sözlərinə görə, mərkəzlə yanaşı, həmin ərazidə 6 min tamaşaçı tutumlu stadionun rəsmi açılışı olacaq.
Yubiley tədbirləri "Buta Palace"da təşkil olunacaq təntənəli mərasimlə yekunlaşacaq.
Məmmədov qeyd edib ki, mərasimdə FİFA və UEFA rəhbərliyindən başqa, 35 federasiyadan qonaqlar iştirak edəcək, UEFA-ya daxil olan bəzi federasiyaların prezidentləri gələcək.
"Tədbirdə 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında dünya çempionatının loqotipi də təqdim olunacaq", - AFFA-nın baş katibi deyib.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi