Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası və ölkə kubokunun oyunlarının yayım hüququnu yenidən öz əlində cəmləşdirmək niyyətindədir. Bu barədə jurnalistlərə PFL-in prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, ötən mövsüm oyunların yayım hüququ klublara verilsə də, bu, heç də effektli alınmayıb. Çünki telekanallar canlı yayıma o qədər də maraq göstərməyiblər: “Bəzi hallarda oyunların yayımına PFL təşəbbüs göstərsə də, klublar buna mane olublar. Fikrimiz var ki, çempionat öncəsi klublarla görüşək. Bacarmırlarsa, yayım hüququnu öz üzərimizə götürməyə məcburuq. Biz istəyirik ki, televiziya ilə daha çox oyun nümayiş etdirilsin”.
Musayev Azərbaycan çempionu və ölkə kubokunun sahibinin iştirakı ilə Superkubok matçının bərpası ideyasına da münasibət bildirib. Onun fikrincə, bu ideyanın reallaşdırılması üçün indiki halda “Neftçi” və “Xəzər Lənkəran” klublarının razılığı alınmalıdır. Oyun isə Bakı və ya Lənkəranda yox, neytral meydançada keçirilməlidir: “Məsələn, bu, Gəncə ola bilər. Bəziləri “Neftçi”nin 2005-ci ildə “qızıl oyun”da “Xəzər Lənkəran”ı Gəncədə udduğunu əsas gətirərək, həmin şəhərə oyun salmağımızı da bununla əlaqələndirə bilər. Amma Gəncəni misal üçün dedim. Gəncə olmur, İmişli olsun, amma oyun neytral meydançada keçirilsin”.
PFL prezidenti Superkubok matçının yeni mövsümün mövsümün əvvəlində yox, ortasında keçirilməsini daha real sayıb. Onun sözlərinə görə, mövsümün əvvəllərində klublar Avropa kuboklarındakı oyunu düşünəcəklər: “Gələn il mənim bu vəzifəyə seçilməyimin 4 ili tamam olur. İstərdim ki, fəaliyyətim dövründə Superkuboku bərpa etməyimlə də yadda qalım. Yəni, mən bu ideyanın reallaşdırılmasına razı və hazıram. Amma klublar da razı və hazır olmalıdırlar”.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi