«Bakı» klubu ilə yollarını ayıran milli komandamızın hücumçusu Vaqif Cavadovun karyerasını hansı klubda davam etdirəcəyi hələ müəyyənləşməyib.
Qol.Az-ın məlumatına görə, futbolçu özü də mətbuata açıqlamasında hansı klubda çıxış edəcəyi barədə hələ qərar vermədiyini deyib.
Vaqif Cavadovun karyerasını keçmiş klubu «Qarabağ»da davam etdirməsi mümkündürmü?
Qol.Az-ın müxbiri bu sualla «Qarabağ»ın direktoru Əmrah Çəlikələ müraciət edib. Əmrah Çəlikəl başa çatan mövsümün əvvəlində Hollandiya «Tvente»sindən ayrılan Vaqif Cavadovla danışıqlar apardıqlarını, lakin futbolçunun «Bakı»nı seçdiyini söyləyib. Əmrah Çəlikəl Vaqiflə bağlı qısaca olaraq bildirib ki, belə bir futbolçunun «Qarabağ»a transferi gündəmdə deyil.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi