"Neftçi" klubu Azərbaycan kuboku uğrunda yarışın 2010/11 mövsümünün qalibi olan "Xəzər Lənkəran"ı təbrik edib. Qol.Az-ın məlumatına görə, klub prezidenti Sadıq Sadıqov "Xəzər Lənkəran"a təbriklərini çatdırmaqla yanaşı, bu komandaya qarşıdakı turnirlərdə də uğurlar arzulayıb:
"AFFA və PFL rəhbərliyinin səyi nəticəsində Azərbaycan Premyer Liqası və kuboku uğrunda yarışların səviyyəsi ildən-ilə artır. Ölkə futbolunda maraqlı idman mübarizəsi, inkişaf, əldə olunan uğurlar göz qabağındadır. Bu baxımdan "Xəzər Lənkəran" komandasının Azərbaycan futbolunun inkişafına verdiyi töhfə təqdirəlayiqdir. 2010/11 mövsümündə Premyer Liqada olduğu kimi, ölkə kubokunda da bir-birindən maraqlı matçlar izlədik.
Finalda "İnter"ə qalib gələn "Xəzər Lənkəran" yarışın layiqli qalibi oldu. Bu münasibətlə "Xəzər Lənkəran" klubunun bütün kollektivini, o cümlədən fəxri prezident Mübariz Mənsimovu və prezident Mais Mənsimovu təbrik edirəm. Lənkəran təmsilçisinə Avroliqada uğurla çıxış etməyi, ölkəmizin idman şərəfini daha da yüksəklərə qaldırmağı arzulayıram".
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi