Futbol üzrə Azərbaycan Kubokunun “İnter” – “Xəzər Lənkəran” finalını Türkiyənin “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım da izləyib.
Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuna “Palmali” Şirkətlər Qrupunun vitse-prezidenti və Beşiktaş” klubunun idarə heyətinin üzvü Ələddin Aykaçla birgə gələn Yıldırım matçı AFFA-nın prezidenti Rövnəq Abdullayevlə birgə seyr edib. Yıldırım jurnalistlərin suallarını da cavablandırıb:
-Hansı kluba azarkeşlik edirsiniz?
-Mən Ələddin bəyin qonağıyam. Onun gözü hara baxırsa, mən də ora baxıram.
-Ötən il də Azərbaycan Kubokunun finalını izləməyə gəlmişdiniz. Sizin Azərbaycan futboluna marağınız nə dərəcədədir?
-Bu, mənim marağımla deyil. Mənim yoldaşlarım, dostlarım var. Dostlarımın komandasının matçına onlarla bərabər gəldim.
-Adətən, “Xəzər Lənkəran”ın oyunlarını seyr etməyə klubun fəxri prezidenti Mübariz Mənsimovla birgə gəlirdiniz. Bu dəfə onun gələ bilməməyinin səbəbi nədir?
-Mübariz bəy gələ bilmədi. Əslində gəlməli idi. Lakin bu gün səhər işi çıxdı. Gələ bilmədi. Biz də Ələddin Aykaçla birgə gəldik.
-Azərbaycan futbolu barədə nə düşünürsünüz?
-Futbolunuz inkişaf edir. Yavaş-yavaş inkişaf etməkdə olduğunu görürük. İnşallah, daha yaxşı duruma gələcək.
-“Fənərbağça”nın gələcəkdə Azərbaycan komandaları ilə oyun keçirməsi mümkündür?
-Ola bilər. İndi mənim nə isə deməyim yanlış olardı. Arzu olunarsa, baxar, dəyərləndirərik.
-Azərbaycan yığması Türkiyə millisini məğlub edib. Bu haqda nə düşünürsünüz?
-Bu barədə nə isə deməyimə gərək yoxdur. Azərbaycanla Türkiyə iki qardaş ölkə, bir millətdirlər. Dəyərləndirmək lazımdır.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi