"Mən bu gün dünyanın ən xoşbəxt insanıyam. Çempionluğu əldən verdikdən sonra kuboku qazanmaq uğurdur". Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik "İnter"ə qarşı bu gün keçirilmiş Azərbaycan kubokunun final oyunundan sonra deyib.
Rednikin komandası həlledici görüşdə penaltilər seriyasında "İnter"ə 4:2 hesabı ilə qalib gələrək Azərbaycan kubokunu qazanıb.
"Mən "İnter"i bu cür oyuna görə təbrik edirəm. Onlara hörmətlə yanaşıram. Çünki "İnter" bizimlə matçda sona qədər mübarizə apardı" - deyə rumıniyalı mütəxəssis bildirib.
"Dünən mətbuat konfransında demişdim ki, qələbə "İnter" üçün çox vacibdi. Bu, Avroliqaya düşmək baxımından onların son şansı idi. Amma qələbə qazanan "Xəzər Lənkəran" oldu. "İnter" isə yalnız xoş sözlərə layiqdir".
Mirça Rednik bu qələbəni «Xəzər Lənkəran» azarkeşlərinə və klub rəhbərliyinə həsr etdiyini söyləyib.
O, bu gün stadionda əsl futbol bayramının yaşandığını da söyləyib: «Bütün bunlar Azərbaycan futbolunun inkişafa doğru getdiyini göstərir».
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi