"Ludoqorets"in (Bolqarıstan) baş direktoru Anqel Petriçev "Ferentsvaroş"la (Macarıstan) cavab oyunu öncəsi açıqlama verib. Bu komandalar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Budapeştə qarşılaşacaqlar. İlk oyun 0:0 hesabı ilə başa çatıb. Qalib tərəf ÇL-in "pley-off"unda "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) cütünün güclüsü ilə qarşılaşacaq. Bu cütlərin məğlubları isə Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəklər.
QOL.az Bolqarıstan mediasına istinadən xəbər verir ki, Anqel Petriçev bu gün yerli jurnalistlərə açıqlamasında deyib:
"Çətin oyun gözləyirəm, çünki turnirin bu mərhələsində hər bir səhv cəzalandırılır. Hamımız bir məqsədə köklənmişik – hər kəs öz vəzifəsini maksimum ciddiliklə yerinə yetirməli, uğurdan sonra bir-birimizi təbrik etməliyik. Bu oyundakı qələbə bizə Çempionlar Liqasının pley-off mərhələsinə çıxışı təmin edəcək. Rəqibin meydan üstünlüyü var, özümüzü aldatmayaq. Amma komandamız böyük tribunalar qarşısında oynamağa öyrəşib".
Klub rəhbəri "Qarabağ"la növbəti dəfə mümkün matça da toxunub. O, Ağdam klubuna ötən mövsüm evdə ağır məğlubiyyətə (2:7) və revanşla bağlı sualı da cavablandırıb:
"Futbolda kim intiqam barədə düşünürsə, konsentrasiyasını itirir. Bizim heç vaxt belə fikirlərimiz olmayıb. Çünki ötən mövsüm artıq geridə qalıb. Qarşımızda yeni mövsüm var və biz yalnız irəli baxmalıyıq. Heç kimdən qisas almaq kimi bir məqsədimiz yoxdur. Bizim məqsədimiz klub olaraq hədəflərimizə çatmaqdır: rəqibin kim olmasından asılı olmayaraq. “Qarabağ”a qarşı xüsusi hisslərimiz yoxdur. Əgər onlarla qarşılaşsaq, sadəcə qalib gəlməyə çalışacağıq”.
"Traktor"dan daha bir kubok
Ronaldo Corcinaya evlilik təklif etdi - Şəkil
"Addaini yeməyə görə cərimə etmişəm" - Qurban Qurbanov
"Sumqayıt" braziliyalı futbolçu transfer etdi
"Sabah" - "Levski" oyununa nə qədər bilet satılıb?
"Qarabağ"la ilk görüşdə istədiyimiz səviyyədə oynaya bilmədik" - "Şkendiya"nın futbolçusu
İtaliya millisinin üzvü "Atletiko"da
"Qəbələ" nigeriyalı oyunçu aldı - Rəsmi
İki qardaş eyni gündə Azərbaycan klublarına transfer olundu
Adı “Qarabağ”la hallanan Klovis transfer olunacaqmı?
“Bir hücumçu gətirməklə dayanmayacağıq” - Qurban Qurbanov
Millimizin sabiq üzvü bu kluba keçdi
Mikelsin digər qardaşı da Azərbaycana gəldi - Rəsmi
"Bavariya"dan Səudiyyə Ərəbistanı klubuna
“Yuventus”un sabiq futbolçusu "Milan"da
“Zirə” - “Araz Naxçıvan” oyununun vaxtı dəyişdirildi
"Murad Musayev "Sabah"ı dəyişdi" - Aleksey Baqa
QOL.az daha əlçatan oldu!
Məşhur qapıçı azarkeşlərin 1000 funtluq hesabını ödədi
"Qarabağ"ın rəqibi Bakıdadır - Şəkillər
"Şamaxı"da ayrılıq
“Qalatasaray” Alvaro Morata ilə müqaviləni ləğv etdi
Ronaldo növbəti qollarını vurdu
Rusiya mətbuatı Qurban Qurbanovu bu kluba namizəd göstərdi
Messisiz "İnter Mayami" böyük hesabla uduzdu
Laportadan Ter Ştegen açıqlaması
"Araz-Naxçıvan"da yeni oyunçu
Mats Hummels vida matçına çıxdı
Krivotsyukun komandasından əzmkar qələbə
Abdullazadənin debütu yenə baş tutmadı
"Sabah"ın rəqibi Bakıya qələbə ilə gəlir
"Yuventus" "Borussiya"ya qalib gəldi
"İmişli" portuqaliyalı hücumçunu transfer etdi - Rəsmi
"Çelsi" böyük hesabla "Milan"a qalib gəldi
Salah: “Deyə bilərsiniz, o, niyə həlak olub?”
"Real" Kamavinqanın durumu ilə bağlı açıqlama yaydı
"Milan"ın təklifinə razılıq verdi
"Şaxtyor" onun üçün 12 milyon avro ödəməyə hazırdır
Mahir "Şalke"yə qalib gəldikləri oyun haqda danışdı
"Son illərdə ölkəmizdə basketbola maraq artır"
"Karvan" yeni transferini açıqladı
"Neftçi" Fransa Liqa 1-dən müdafiəçi transfer etdi - Rəsmi