“Qarabağ” barəsindəki açıqlaması ilə Azərbaycanda gündəmə gələn Rumıniyanın FCSB klubunun sahibi Gigi Bekali bir neçə gün futboldan danışmayacaq.
QOL.az xəbər verir ki, o, bu barədə komandasının UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) evdəki məğlubiyyətdən (1:2, ilk matç 0:1) sonra deyib. O, komandasın uduzmasına əsəbi reaksiya verib.
Bekali məğlubiyyəti utancverici adlandırıb: “Bu ana qədər komanda mənə danışmağa imkan verirdi. Bundan sonra nə deyim? Komanda məni lağa qoyursa, danışmağa haqqım var?”
FCSB-nin sahibinin sərt tənqidlərinin hədəfində isə komandanın kapitanı Adrian Şut olub. Bekali onu “havada gəzən” adlandıraraq, oyun boyu topdan qaçdığını və meydanda liderlik göstərmədiyini bildirib.
“Şut ancaq TikTok-dadır, nə deyə bilərik? Bütün oyunu təkbaşına Vlad Kirikeş apardı. Halbuki bunu etməli olan Şut idi, o isə hər şeyi Kirikeşin üzərinə atdı. 36 yaşlı oyunçudan matçı udmasını gözləyirsən? Məncə, oyunun taleyi mərkəzdən həll olunur. Şut nə top qəbul edirdi, nə də rəqibdən top almaq üçün ayağını uzadırdı. Məncə, şəxsi həyatı ilə bağlı nəsə problem var, dəqiq bilmirəm. Amma meydanda topdan, futboldan gizlənirdi. Sakit və tərbiyəli oğlandır, amma çox “havada”dır,” – deyə Bekali “Digi Sport Special” nəşrinə açıqlamasında qeyd edib.
Xatırladaq ki, Bekali “Şkendiya” ilə oyundan əvvəl “Qarabağ”la bağlı qalmaqallı açıqlama vermişdi. O demişdi ki, “Qarabağ” onların səviyyəsində rəqib deyil və komandaya 2-3 qolla qalib gələrlər.
Amma FCSB “Şkendiya”nı keçə bilmədi. Beləliklə də “Qarabağ”ın 3-cü mərhələdə rəqibi Rumıniya yox, Şimali Makedoniya çempionu oldu.
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı