Klub rəhbəri "Qarabağ"dan qisas almaqla bağlı suala - Belə cavab verdi

Klub rəhbəri "Qarabağ"dan qisas almaqla bağlı suala - Belə cavab verdi
ÇEMPİONLAR LİQASI 11 Avqust 2025 / 14:26 6589
-  A +

"Ludoqorets"in (Bolqarıstan) baş direktoru Anqel Petriçev "Ferentsvaroş"la (Macarıstan) cavab oyunu öncəsi açıqlama verib. Bu komandalar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Budapeştə qarşılaşacaqlar. İlk oyun 0:0 hesabı ilə başa çatıb. Qalib tərəf ÇL-in "pley-off"unda "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) cütünün güclüsü ilə qarşılaşacaq. Bu cütlərin məğlubları isə Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəklər.

QOL.az Bolqarıstan mediasına istinadən xəbər verir ki, Anqel Petriçev bu gün yerli jurnalistlərə açıqlamasında deyib:

"Çətin oyun gözləyirəm, çünki turnirin bu mərhələsində hər bir səhv cəzalandırılır. Hamımız bir məqsədə köklənmişik – hər kəs öz vəzifəsini maksimum ciddiliklə yerinə yetirməli, uğurdan sonra bir-birimizi təbrik etməliyik. Bu oyundakı qələbə bizə Çempionlar Liqasının pley-off mərhələsinə çıxışı təmin edəcək. Rəqibin meydan üstünlüyü var, özümüzü aldatmayaq. Amma komandamız böyük tribunalar qarşısında oynamağa öyrəşib". 

Klub rəhbəri "Qarabağ"la növbəti dəfə mümkün matça da toxunub. O, Ağdam klubuna ötən mövsüm evdə ağır məğlubiyyətə (2:7) və revanşla bağlı sualı da cavablandırıb: 

"Futbolda kim intiqam barədə düşünürsə, konsentrasiyasını itirir. Bizim heç vaxt belə fikirlərimiz olmayıb. Çünki ötən mövsüm artıq geridə qalıb. Qarşımızda yeni mövsüm var və biz yalnız irəli baxmalıyıq. Heç kimdən qisas almaq kimi bir məqsədimiz yoxdur. Bizim məqsədimiz klub olaraq hədəflərimizə çatmaqdır: rəqibin kim olmasından asılı olmayaraq. “Qarabağ”a qarşı xüsusi hisslərimiz yoxdur. Əgər onlarla qarşılaşsaq, sadəcə qalib gəlməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər
11.08.25  12:04

"Şamaxı"da ayrılıq