Məşhur futbolçu Neymarın da formasını geyindiyi "Santos" Braziliya çempionatında 18-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda evdə “Yuventuda” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda Neymar dubl edib. "Santos"un digər qolunu isə Alvaro Barreal vurub. "Yuventuda"dan isə yalnız Uilker Anxel fərqlənib.
Bu qələbədən sonra "Santos" 18 xalla Braziliya çempionatının turnir cədvəlində 15-ci pilləyə yüksəlib.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi