"Bakı" klubu dörd futbolçu ilə yolları ayırıb. Klubun Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyevin Lent.az-a verdiyi məlumata görə, baş məşqçi Aleksandr Starkovun istəyilə Vaqif Cavadov, Jaba, Leandro Roşa və Radomir Todorov komandadan kənarlaşdırılıb.
Cənubi amerikalı hücumçular Jaba və Roşa hələ qışda təlim-məşq toplantısına gecikdikləri üçün Starkovun qəzəbinə tuş gəlmişdilər. Lakin çox keçmədən onlar əsas heyətə qaytarılmışdılar. Azərbaycan yığmasının forvardı Cavadov mövsümün əvvəllərində Hollandiyanın “Tvente” klubundan icarəyə götürülsə də, ümidləri doğrultmayıb. Bolqarıstanlı müdafiəçi Todorov isə qışda cəlb olunduğu “Bakı”da istənilən oyunu sərgiləyə bilməyib.
Beləliklə, 2010-2011-ci il mövsümünü uğursuzluqla başa vurmuş “Bakı”nı tərk edənlərin sayı 12-yə çatıb. Daha öncə klub rəhbərliyi yerli futbolçulardan müdafiəçi Rafael Əmirbəyov, yarımmüdafiəçi Mahmud Qurbanov, eləcə də fransalı müdafiəçi Stefan Borbikoni, ukraynalı yarımmüdafiəçi Ruslan Leviqa, mərakeşli yarımmüdafiəçi Adnan Bərəkət, braziliyalı yarımmüdafiəçi Junior Osvaldo, moldovalı hücumçu Vyaçeslav Sofroni, bosniya və herseqovinalı hücumçu Saşa Kaykutla yollarını ayırıb.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi