Mirça Rednik: "..."Xəzər Lənkəran"ı tərk edə bilərəm"

Mirça Rednik: "..."Xəzər Lənkəran"ı tərk edə bilərəm"
ÖLKƏ FUTBOLU 23 May 2011 / 20:17 2823
-  A +

Sabah Azərbaycan kubokunun finalında "İnter"lə qarşılaşacaq "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Rednik sabahkı oyunla bağlı çox iddialı danışıb:

"Sabahkı oyun bizim üçün çox vacibdir. Bu mövsüm çempion olmaq istədik, ancaq bacarmadıq. Bununla belə, sabah kuboku qazanmaq istəyirik. Ancaq, bu heç də asan olmayacaq. Çünki rəqib də yaxşı təşkilatlanmış bir komandadır. Final oyunu "İnter" üçün son şansdır.

Məni sevindirən əsas cəhət isə zədəli oyunçuların olmamasıdır. AFFA-nın məni bağışlamasına gəldikdə isə bu çox yerində atılmış bir addımdır. Bunu normal qarşılayıram. Həmin oyunda 4-cü hakim mənim haqda başqa şeylər demişdi. Lakin bu heç də belə deyil. Final görüşündə bir məşqçinin olması, digərinin isə olmaması yaxşı çıxmazdı. Lakin AFFA-nın bu qərarı lap yerinə düşdü. Rəqib də yaxşı komandadır.

Onlar sabah daha çox müdafiəyə önəm verəcəklər. Əsasən də standart vəziyyətlərdən yararlanmağa çalışacaqlar. Bununla belə, "İnter"ə hörmətlə yanaşırıq. Kuboku qazansaq daha yaxşı olar. Çünki komandaya xeyli pul xərclənib. Əgər kuboku qazana bilməsəm, ola bilər ki, komandanı tərk edim".

Daha çox


Son xəbərlər