Artim Şakiri Azərbaycan futbolu üçün tanış addır. O, 2008/09 mövsümündə Qurban Qurbanovun baş məşqçiliyi altında “Qarabağ”da oynayıb və Azərbaycan kubokunu qazanıb. Makedoniya - indiki Şimali Makedoniya millisinin tanınmış futbolçularından olmuş Şakirini karyerasını başa vurduqdan sonra baş məşqçi kimi ilk fəaliyyəti “Şkendiya”da olub (2012/13). O, bu vəzifədə 2022-ci ildə də çalışıb.
İndi “Şkendiya” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibidir.
QOL.az saytına danışan 51 yaşlı mütəxəssis keçmiş komandalarının oyununu maraqla izləyəcəyini bildirib: “Yaxşı oyun olacaq. Məşqçilik karyerama “Şkendiya”da başlamışam. Həm “Şkendiya”, həm də “Qarabağ” mənim keçmişimdir. Buna görə də çox şərh vermək fikrim yoxdur, amma yaxşı futbol görmək istəyirəm. Deyə bilərəm ki, “Şkendiya” da artıq böyük kluba və brendə çevrilib”.
A.Şakiri “Qarabağ”ın kağız üzərində favorit olduğunu qeyd edib: “Düşünürəm ki, bu oyunda "Qarabağ" favoritdir. Amma heç də həmişə favorit qalib gələ bilmir. “Şkendiya" "Qarabağ" üçün çox çətin rəqibdir. Oyunlar asan olmayacaq.“Şkendiya” da “Qarabağ” kimi uzun illərdir avrokuboklarda çıxış edir. Komanda çox yaxşı və güclü olduğunu dəfələrdə sübut edib”.

A.Şakiri “Qarabağ”la “Şkendiya”nın avqustun 5-də Skopyedə keçiriləcək ilk oyununu səbirsizlikdə gözlədiyini də bildirib. O, uzun müddətdən sonra “Qarabağ”la görüşəcəyi üçün şad olduğunu vurğulayıb: “Klubda bütün insanları görmək mənim üçün xoş olacaq. Bu komanda ilə bağlı çox xoş xatirələrim var. Oyun isə məncə, maraqlı keçəcək”.
Ramiq Ağaməmmədov
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi
Milliyə 30 futbolçu çağırıldı - Onlar kimlərdir?
Libertadores kubokunda yarımfinal cütləri müəyyənləşdi
Klopp millini necə dəyişir? – 44 futbolçu, 16 debütant
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
Azərbaycanda oynayan futbolçu millimizlə matça çağırıldı
Əfsanəvi futbolçu məşqçiliyə başlayır - Şəkillər
Avropa çempionatında 2 qələbə
Vinçentso İtaliano: "İlhan belə davam etsə..."
Lamin Yamal: “Qara” deyilməsi məni incitmir”
Hasan Şaş saxlanıldı
“Qartal” “Marsel”i belə “parçaladı” - Video
"Beşiktaş" və "Yuventus"dan qələbə - Avroliqa
"Mançester Siti" növbəti mərhələdə
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video