Kaxaber Sxadadze: "Sabah çox əsəbi oyun olacaq"

Kaxaber Sxadadze: "Sabah çox əsəbi oyun olacaq"
ÖLKƏ FUTBOLU 23 May 2011 / 19:20 2216
-  A +

Sabah Azərbaycan kubokunun finalında "Xəzər Lənkəran"la qarşılaşacaq "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Sxadadze sabahkı oyunla bağlı bunları deyib:

"Sabahkı oyun bizim üçün çox vacib oyundu. Bu oyuna çox ciddi hazırlaşmışıq. Çalışacağıq ki, bütün gücümüzü ortaya qoyaraq qələbə qazanaq. Bu mövsüm "Xəzər Lənkəran"la oyunlarımız heç də yaxşı alınmayıb. Bu oyunlarda rəqibin üstünlüyü var. Lakin sabah bu sindromu qırmaq üçün əlimizdən gələni edəcəyik.

"Xəzər Lənkəran" da çox güclü komandadır. Buna rəğmən biz də öz gücümüzə inanırıq. Sabah bizi olduqca maraqlı bir görüş gözləyir. Çünki finalda həmişə daha güclü komadalar qarşılaşır. Finalda məğlub olsaq, bu bizim üçün yaxşı olmayacaq. Lakin çalışacağıq ki, bu baş verməsin.

Final görüşü hər zaman əsəbi alınır. Sabahkı oyun da istisna deyil. Kuboka daha çox bizim ehtiyacımız var. Ona görə də, sabah  təkcə müdafiədə yox, hücumda da gözəl oynamaqla yanaşı, oyunda tempi də yüksək tutmalıyıq".

Daha çox


Son xəbərlər