Bu gün AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda a «Xəzər Lənkəran»ın baş məşqçisi Mirça Rednikin cəzasının qalan hissəsinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.
Aparılan müzakirələrdən sonra Mirça Rednik barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılıb. Bununla belə, Mirça Rednik intizam tədbiri olaraq 3 oyunluq kənarlaşdırılıb, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində Mirça Rednik analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Beləliklə, bu qərar o deməkdir ki, Rednik sabah “Xəzər Lənkəran”ı ölkə kubokunun final oyununda texniki zonada ola biləcək.
Xatırladaq ki, Rednikə “Neftçi”ylə Azərbaycan kubokunun 1/4 final məhləsinin ilk oyunundan sonra altı oyunluq cəza verilmişdi.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi