Bu gün 5 komanda mərhələ adlayacaq - Çempionlar Liqası

Bu gün 5 komanda mərhələ adlayacaq - Çempionlar Liqası
ÇEMPİONLAR LİQASI 29 İyul 2025 / 09:52 3266
-  A +

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

QOL.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək. Bununla da 3-cü mərhələyə adlayacaq 5 komanda müəyyənləşəcək.

Bu mərhələnin digər 10 cavab oyunu isə iyulun 30-na nəzərdə tutulub. Həmin gün Azərbaycan təmsilçisi "Qarabağ" da cavab matçına çıxacaq. Ağdam təmsilçisi ilk görüşdə İrlandiyada 3:0 hesabı ilə qalib gəldiyi "Şelburn"la Bakıda qarşılaşacaq.

29 iyul

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları


19:00. "Kayrat" (Qazaxıstan) - "KuPS Kuopio" (Finlandiya)
İlk oyun: 0:2

22:00. "Drita" (Kosovo) - "Kopenhagen" (Danimarka)
İlk oyun: 0:2

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Hamrun" (Malta)
İlk oyun: 3:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq)
İlk oyun: 1:0

23:00. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan Bratislava" (Slovakiya)
İlk oyun: 0:4


Son xəbərlər
28.07.25  13:48

"Kəpəz"də ayrılıq