Xəbər verdiyimiz kimi, bu gün “Zirə” futbol klubu futbolçusu Salifu Sumanın İsveçin “Malmö” klubuna transfer olunduğunu açıqlayıb. Hücumçunun keçidiylə bağlı tərəflər arasında müqavilə bağlanılıb.
“Malmö” İsveçin köklü komandalarındandır. 115 yaşlı bu klub rekord sayda - 24 dəfə ölkə çempionu olub.
QOL.az-ın xəbərinə görə, “Malmö”nün yaydığı məlumatda bildirlilib ki, 21 yaşlı qvineyalı hücumçu ilə 4,5 mövsümlük müqavilə imzalanıb.
Transferlə əlaqədar Salifu Suma və “Malmö”nün idman direktorunun köməkçisi Ola Toivonen klubun saytına açıqlama verib.

Ola Toivonen deyib: “Biz Salifunu bir müddətdir izləyirdik və onun “Malmö”nü seçməsi çox sevindiricidir. O, bir neçə əsas üstün xüsusiyyətə malik bir futbolçudur. Məsələn, sürəti və birə-bir oyundakı bacarığı. Biz onda yaxşı inkişaf potensialı görürük, amma eyni zamanda o, komandaya dərhal kömək edə biləcək səviyyədədir”.
Salifu Suma isə bildirib: “Malmö” kimi bir kluba gəlmək mənim karyeram üçün böyük bir addımdır. Klub hazırkı çempiondur və Avropada oynamaq istəyi var. Mən Qvineyadan İsveçə qədər gəldiyim yolu düşünəndə burada olmaq mənim üçün çox önəmlidir.
Komandadakı oyunçuların heç birini əvvəldən tanımıram. Amma “Malmö”nün bir futbolçu kimi məndən nə gözlənildiyini bilirəm və klubun uğurlu tarixindən xəbərdaram. Mənim üçün ən vacib olan əvvəlcə klubu yaxından tanımaq və komandaya uyğunlaşmaqdır. Sonra isə komandaya qalib gəlməkdə, Avropaya çıxmaqda və orada mübarizə aparmaqda kömək etmək istəyirəm. “Malmö” mənimlə maraqlanmağa başladıqdan sonra komandanın oyun videolarına baxmağa başladım və azarkeşləri gördüm. Bu azarkeşlərin qarşısında oynamağı səbirsizliklə gözləyirəm və çox motivasiyalıyam”.
Bəs, bu transfer üçün “Malmö” “Zirə”yə nə qədər təzminat ödəyib? Bununla əlaqədar İsveç mətbuatı xəbər yayıb.
“Expressen” nəşrinin yazdığına görə, bu transfer “Malmö”yə bonuslarla birlikdə 15 milyon İsveç kronuna (təxminən 1.3 milyon avro) başa gəlib. İsveçin başqa mənbələri isə “Zirə”nin transferdən 1,2 milyon avro gəlir götürəcəyini yazıb.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video