“Sumqayıt”dan ayrılan futbolçu ölkəsinə qayıtdı

“Sumqayıt”dan ayrılan futbolçu ölkəsinə qayıtdı
XƏBƏR 28 İyul 2025 / 21:58 1808
-  A +

“Sumqayıt”dan ayrılan Giorgi Karaişvili ölkəsi Gürcüstana qayıdıb.

QOL.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Dinamo”ya (Tiflis) keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Karaişvili ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  2024-cü ilin sentyabrından "Sumqayıt"da çıxış edən yarımmüdafiəçi meydana çıxdığı 21 oyunda 1 qol vurub.


Son xəbərlər
30.04.26  17:08

Fati satılacaq

topaz banner