Dünya çempionu Qətərin 2-ci liqa klubuna keçdi

Dünya çempionu Qətərin 2-ci liqa klubuna keçdi
DÜNYA FUTBOLU 29 İyul 2025 / 09:00 2790
-  A +

“Bavariya”nın və "Atletik"in sabiq futbolçusu Xavi Martinesin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Qətərin 2-ci liqa təmsilçisi “Əl-Biddə”yə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ildən "Qətər" klubunda oynayan futbolçu yeni komandasına azad agent statusunda keçib.

Qeyd edək ki, Xavi Martines 2006-2012-ci illərdə "Atletik"də, 2012-2021-ci illərdə isə "Bavariya"da çıxış edib.

İspaniyanın əsas millisində də oynamış futbolçu bu komanda ilə dünya (2010) və Avropa çempionu (2012) adını qazanıb.


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

05.03.26  19:18

Vitinya "Real"a gedir?

topaz banner