Premyer Liqanın son turu çərçivəsində “Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra polis əməkdaşları və “Xəzər Lənkəran” azarkeşləri arasında baş verən xoşagəlməz hallar klubun diqqətindən kənarda qalmayıb.
Qol.Az-ın məlumatına görə, baş verənlərdən sonra “Xəzər Lənkəran” rəhbərliyi və DİN-in səlahiyyətli şəxsləri arasında görüş keçirilmiş, və yuxarıda göstərilən olaylar müzakirə edilib. Klub rəhbərliyi polis əməkdaşlarının tətbiq etdiyi qeyri adekvat güc tədbirləri ilə bağlı öz narahatlığını bildirib və belə halların təkrar olunmamasına ümidvar olduğunu ifadə edib. Öz növbəsində qarşı tərəf gələcəkdə belə insidentlərin yaşanmaması üçün polisin daha diqqətli olacağını vəd edib.
Bəyanatda deyilir ki, “Xəzər Lənkəran” polis orqanları ilə heç bir zaman heç bir problem yaşamayıb və gələcəkdə də hər hansı problemin yaşanmaması üçün öz səlahiyyətləri daxilində tam gücü ilə çalışacaq. Son oyunda yer alan insidentlər isə ayrı-ayrı şəxslərin təxribatı nəticəsində meydana gəlib və istər klub rəhbərliyi, istər polis orqanları bunlarda maraqlı ola bilməz.
“Xəzər Lənkəran” futbol klubu gələcəkdə bu cür hallara yol verilməyəcəyinə və səfər oyunları zamanı qanun keşikçiləri tərəfindən klubun azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağına ümid edir.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi