AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, yığıncaqda əsasən Azərbaycan Premyer Liqasının son turunun oyunlarında baş verənlər müzakirə olunub.
"Qarabağ"la oyunda AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komanda 1000 manat cərimə olunub. "Muğan"la oyunda "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəməlidir.
"Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmasının 53-cü dəqiqəsində flaqmanın futbolçusu Rəşad Abdullayev ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün oyunçu 1 oyunluq cəzalanıb və komandasını 200 manat ziyana salıb.
Stadionda hər iki klubun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Belə ki, "Xəzər Lənkəran" fanatları 270, "Neftçi" tərəfdarları 84 oturacağın sındırıb. Bu səbəbdən də hər iki klub dəymiş zərərə uyğun olaraq Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi