Azərbaycan kubokunun finalında qarşılaşacaq "İnter" və "Xəzər Lənkəran" klubları mayın 23-də oyunöncəsi son məşqlərini keçirəcəklər. Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:00-dan etibarən ilk olaraq "İnter" klubu hazırlıq keçəcək.
Saat 20:00-da isə "Xəzər Lənkəran" klubunun məşqi baş tutacaq. Hər iki komandanın üzvləri məşqdən öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandıracaq. "İnter" komandasının baş məşqçisi Kaxaber Sxadadze və kapitan Vladimir Levinin iştirak edəcəyi mətbuat konfransı saat 18:40-da keçiriləcək. "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik və kapitan Kamran Ağayevin qatılacağı mətbuat konfransı isə bundan 1 saat gec - 19:40-da başlayacaq.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi