Emin Mahmudov Rusiya yığmasını sevindirdi

Emin Mahmudov Rusiya yığmasını sevindirdi
ÖLKƏ FUTBOLU 22 May 2011 / 18:39 3053
-  A +

Moskvanın "Spartak" klubunda çıxış edən azərbaycanlı futbolçu Emin Mahmudov Rusiyanın 19 yaşlılardan ibarət yəğmasının heyətində qol vurub. Qol.Az-ın məlumatına görə, Mahmudov 2011-ci il Avropa çempionatının elit raundunda İsraillə qarşılaşmada fərqlənib.

Rusiyanın 3:1 hesabı ilə qalib gəldiyi görüşdə ikinci qola Mahmudov imza atıb. O, pəncəsinin şişməsi üzündən oyun öncəsi məşqi buraxsa da, matça start heyətdə çıxıb. Həmyerlimiz 81 dəqiqə meydançada olub. 

Qeyd edək ki, ilk turda Rusiya millisi Çexiya ilə heç-heçə edib - 0:0. Həmin oyunda Emin Mahmudov 56-cı dəqiqəyədək çıxış edib.   

Daha çox


Son xəbərlər