"AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçirəcəyimiz oyuna yalnız Sergey Qridinin çağırılması haqda məlumatım var idi. Lakin İqor Yurin və Aleksandr Kislitsına da dəvət göndərilməsi mənim üçün çox xoşdur". Qol.Az-ın məlumatına görə, bu sözləri Qazaxıstanın "Tobol" klubunun baş məşqçisi Ravil Sabitov deyib.
Sabitov daha sonra fikirlərini berlə ifadə edib: "Qazaxıstan yığmasına 3 futbolçumuzun dəvət edilməsi bir daha onu göstərir ki, komandanız çempionatda öz yerində deyil. Qridin, hələ ötən mövsüm I liqada "Tsesna"da oynayarkən heç kəsin marağında deyildi.
O, istənilən Qazaxıstan klubunda yer ala bilərdi. Lakin Qridin "Tobol"a gəldi və sonradan yığmaya da dəvət aldı. Yurinə görə də çox şadam. O, çoxdan milli komandanın rəhbərliyinin maraq dairəsində olmalı idi. Ancaq bunun məhz mənim vaxtımda olması da bir şərəfdir".
Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu iyunun 3-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi