"Zirə" Türkiyədə növbəti oyuna çıxır

"Zirə" Türkiyədə növbəti oyuna çıxır
ÖLKƏ FUTBOLU 15 İyul 2025 / 11:39 756
-  A +

“Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.

QOL.az xəbər verir ki, komanda Türkiyə təmsilçisi “Çorum”la üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

"Zirə" bunadək 3 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə (2:1) və “Əl-Hüseyin” (1:0) qalib gəlib.

Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da Bakıda, cavab görüşü isə 31-də, saat 23:00-da “Polyud Stadium”da keçiriləcək.


Son xəbərlər