“Bakı” futbol klubundan ayrılan Mahmud Qurbanov “Gəncə”yə qayıdır. Bu haqda “Gəncə”nin baş məşqçisi Mehman Allahverdiyev məlumat verib.
O, Qurbanova aprelin 17-də “Bakı”nın bazasında keçirilmiş MOİK – “Gəncə” matçı vaxtı təklif ünvanladığını bildirib. Allahverdiyevin sözlərinə görə, həmin vaxt 38 yaşlı yarımmüdafiəçi “Bakı”dakı taleyinə hələ aydınlıq gəlmədiyini söyləyib: “Mahmud mənə dedi ki, “Bakı”dan ayrılacağı halda, “Gəncə”yə keçə bilər. Biz də onun transferində maraqlıyıq. O, Gəncənin “Kəpəz” klubunun heyətində 3 dəfə çempion, 2 dəfə ölkə kubokunu qazanıb. Növbəti mövsüm üçün iddialı komanda formalaşdırmaq niyyətindəyik. Qurbanovun komandamıza faydalı olacağını düşünürəm. Amma hər şey danışıqların gedişindən asılı olacaq”.
Mahmud Qurbanov da belə bir variantı istisna etməyib. O, hələ “Gəncə” ilə danışıqlara başlamadığını söyləyib.
Qeyd edək ki, Mahmud Qurbanov Azərbaycanın ən titullu futbolçusu sayılır. O, karyerası ərzində AFFA-nın versiyasına əsasən, 10 dəfə çempion, 5 dəfə kubokunun sahibi olub (lent.az).
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi