"Liverpul" İsakı hədəflədi

"Liverpul" İsakı hədəflədi
XƏBƏR 15 İyul 2025 / 09:49 1437
-  A +

"Liverpul" "Nyukasl"ın hücumçusu Aleksandr İsakı heyətinə qatmaq istəyir. 

QOL.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira məlumat yayıb.

25 yaşlı futbolçu mersisaydlıların yay transfer dövründə əsas hədəfinə çevrilib. Lakin "Nyukasl" hazırda isveçli forvardı satmaq niyyətində deyil.

Qeyd edək ki, Aleksandr İsak 2022-ci ilin avqustundan "Nyukasl"ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 42 matçda iştirak edərək 27 qol vurub və 6 məhsuldar ötürmə verib. Futbolçunun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. 


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner