"Atalanta" Gürcüstan millisinin hücumçusu ilə maraqlanır

"Atalanta" Gürcüstan millisinin hücumçusu ilə maraqlanır
XƏBƏR 13 İyul 2025 / 20:49 1525
-  A +

"Atalanta" "Lion"unun və Gürcüstan yığmasının hücumçusu Jorj Mikautadze ilə maraqlanır.

QOL.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira "X" sosial şəbəkəsində (əvvəlki "Twitter") məlumat yayıb.

Hazırda mümkün transferlə bağlı heç bir detallar bəlli deyil. 24 yaşlı futbolçu geridə qalan mövsümdə 47 oyuna çıxıb, 17 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Lion"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, "Atalanta" ötən mövsüm A Seriyasını 74 xalla 4-cü pillədə başa vurub.


Son xəbərlər