"Karvan" braziliyalı futbolçu transfer etdi

"Karvan" braziliyalı futbolçu transfer etdi
XƏBƏR 12 İyul 2025 / 15:39 1683
-  A +

Növbəti mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" növbəti transferini açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi braziliyalı futbolçu David Oliveira Silvanı heyətinə qatıb. 28 yaşlı hücumçu ilə 1  illik müqavilə imzalanıb.

Xatırladaq ki, Oliviera son olaraq Maltanın “Zabbar” klubunda çıxış edib.

Qeyd edək ki, "Karvan" bunadək Eltun Turabov ("Turan Tovuz")Süleyman Əhmədov (son klubu "Səbail") və Araz Abdullayevi ("Qaradağ-Lökbatan") sıraların qatıb.


Son xəbərlər