Rusiya Premyer Liqasından kənarlaşdırılan "Torpedo"nu çempionatda əvəzləyəcək komandanın adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.
"Torpedo"nun əvəzinə Premyer Liqada "Orenburq" mübarizə aparacaq.
Qeyd edək ki, "Torpedo" korrupsiya qalmaqalına görə belə cəza ilə üzləşib. Klubun prezidenti Leonid Sobolev istintaq təcridxanasına düşüb. O, hakimə rüşvət verməkdə ittiham olunur.
Xatırladaq ki, "Orenburq" Rusiya çempionatının ötən mövsümündə 15-ci yeri tutaraq 1-ci liqaya düşmüşdü.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər