Cicanın transferini açıqladılar

Cicanın transferini açıqladılar
XƏBƏR 11 İyul 2025 / 12:47 5168
-  A +

"Qarabağ"dan ayrılan Redon Cicanın “SSPA Şabab Riadi Beluizdad” klubuna transferi rəsmiləşib.

QOL.az xəbər verir ki, bu barədə Əlcəzair təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçu ilə 2 illik müqavilənin imzalandığı açıqlanıb.

Qeyd edək ki, 2023-cü ilin yanvarından bu yayadək "Qarabağ"ın formasını geyinən Cica 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 qol ötürməsi verib. 


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner