"Milan" onun Səudiyyə Ərəbistanı klubuna keçidini açıqladı

"Milan" onun Səudiyyə Ərəbistanı klubuna keçidini açıqladı
XƏBƏR 10 İyul 2025 / 20:13 1217
-  A +

“Milan”ın heyətində ayrılıq baş verib. 

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Komandanın əsas sol cinah müdafiəçisi Teo Ernandes Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərə əsasən, “Əl-Hilal” bu transfer üçün “Milan”a 25 milyon avro ödəyəcək. Ernandesin üç illik müqavilə qarşılığında bonuslar xaric 60 milyon avro qazanacağı vurğulanır.

27 yaşlı müdafiəçi “Milan”a 2019-cu ilin yayında “Real”dan keçmişdi. O, “rossoneri”nin heyətində bütün turnirlərdə 262 oyun keçirib, 34 qol vurub və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha çox


Son xəbərlər